Gəncə sakininin evindən silah-sursat və qumbara aşkarlanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Gəncə şəhər sakinindən silah-sursat aşkarlanaraq götürülüb.

"Report" xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunan Sənan İbrahimovdan "Makarov" markalı tapança, evinə baxış zamanı isə oradan "RQD-5" qumbara aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50