Gəncə sakini Daşkəsəndə həmyerlisini bıçaqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Gəncə şəhər sakini Daşkəsəndə bıçaqlanıb. 

"Report" xəbər verir ki, hadisə yanvarın 16-da rayonun Mədənçilər qəsəbəsində baş verib. 

Belə ki, Gəncə şəhər sakini Qara Budaqov kəsilmiş-deşilmiş xəsarətlərlə Gəncə Şəhər  Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlkin Cəfərov tutulub.

Faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41