Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncə şəhərində Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-cii il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisı yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

17:29

Gəncə şəhərində bıçaqlanan şəxs ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Ölən şəxsin kimliyi hələ müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22