Bakı. 24 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsində yanğın baş verib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.