Gəncə-Goranboy yolunda "Lexus" körpüdən aşaraq qəzaya uğrayıb

Samux. 3 iyun. REPORT.AZ/ Gəncə-Goranboy istiqamətində hərəkətdə olan “Lexus” markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb

"Report"un Qərb bürosunun məlumatına görə, FHN-in hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Goranboy rayon sakini olan sürücü Cəfərov Elşən Arzuman oğlunu maşından çıxarıblar.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsində yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39