Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var

Gəncə şəhərində evdə suqızdırıcı partlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, mənzildə köhnəlmiş suqızdırıcı partlayıb. Bu zaman yerli sakin, 1972-ci il təvəllüdlü Sevil Əliyeva yanıq xəsarətləri alıb və o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54