Gədəbəydə yük avtomobili ilə minik avtomobili toqquşub, sürücü dünyasını dəyişib

Bakı. 30 iyul. REPORT.AZ/ Bu gün Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb bürosu xəbər verir ki, "Zil -130" markalı avtomobil "Vaz 21-011" markalı avtomobillə toqquşub. Qəza rayonun Qızıltorpaq kəndinin ərazisində baş verib.

Hadisə nəticəsində "Vaz"-ın sürücüsü, 53 yaşlı Nazim Mürsəlov dünyasını dəyişib, digər 4 sərnişin, Tovuz rayon sakinləri Xəyal Cəfərov, Fəhməddin Qasımov, Qara Abbasov, Şahin Qasımov  ağır bədən xəsarətləri alaraq Gədəbəy rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47