Gədəbəydə sürücü maşını yol kənarındakı maneəyə çırpıb

Gədəbəy. 17 mart. REPORT.AZ/ Axşam saatlarında Gədəbəy rayonunun Zəhmət kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü yerli sakin Quliyev Hikmet Sübhan oğlunun sükanı arxasında olduğu "VAZ -2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər