Gədəbəydə silah-sursat tapılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Gədəbəy rayonunda silah-sursat tapılıb.

"Report"un  məlumatına görə, silah-sursatı Gədəbəy Rayonu Polis Şöbəsinin əməkdaşları tapıb.

Məlumata görə, polis əməkdaşları Söyüdlü kəndi ərazisindən 1 ədəd nömrəsi silinən "Voltra" markalı tapança, 1 ədəd "F-1" qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüb. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48