Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.  

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Düzyurd kəndindəki evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu L.Quliyeva saxlanılıb.

Digər xəbərlər