Gədəbəydə qonşular ana və qızını döyüb

Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.

Xəsarət alanlar bildirib ki, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34