Gədəbəydə pomidordan zəhərlənən şəxs ölüb

Bakı. 9 may. REPORT.AZ/ Gədəbəy rayonunda pomidordan zəhərlənən şəxs ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 8-də rayonun Qoşabulaq kəndində yaşayan Yeganə Qasımova qidadan (pomidordan) zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57