Gədəbəydə kafedə dava düşüb, 35 yaşlı kişi beşbarmaqla vurulub

Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, 1 nəfər beşbarmaqla vurulub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü R.Abışov kafelərin birində tanımadığı şəxslə mübahisə edib. Mübahisə əsnasında həmin şəxs onu beşbarmaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47