Gədəbəydə iki avtomobil toqquşub, yaralılar var

Gədəbəy. 10 iyun. REPORT.AZ/ Gədəbəydə 2 avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib. 

"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: - 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb. 

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31