Gədəbəydə 30 yaşlı kişi laqundayla üzünü doğrayıb

Gədəbəy. 14 mart. REPORT.AZ/ Gədəbəy rayonunda 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində baş verib. 

Belə ki, 1987-ci il təvəllüdlü Xaqanı Abuzər oğlu Allahverdiyev evində iş zamanı laqundayla üz nahiyəsini kəsərək ağır xəsarət alıb. Yaralı yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə aparılıb. Onun cərrahiyyə əmliyyatından sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47