Gədəbəydə 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Arıqdam-Gədəbəy şəhər magistral yolunda qeydə alınıb.

"VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər, Gədəbəy rayon sakinləri - 1989-cü il təvəllüdlü Əliyev Elnur Yunis oğlu, 1977-ci il təvəllüdlü Şahnaz Məhəmməd qızı Əsədova, 1996-cı il təvəllüdlü Nurlan İsa oğlu İmamquliyev və Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Samir Fikrət oğlu Tanrıverdiyev müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparılıb və tibbi yardım göstərilib.

Qəzanın başvermə səbəbi araşdırılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19