Gecə saatlarında işləyən kafenin sahibi cərimələnib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yerləşən kafenin karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, gecə 00:00-dan sonra müştərilərə xidmət göstərən obyektin sahibi Abdulkərim Musayev və orada olan 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54