“Gazelli Group”da baş verən yanğın söndürülüb - VİDEO

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Gazelli Group”da baş verən yanğın söndürülüb.

Bunu “Report”a açıqlamasında “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.

O bildirib ki, təxminən, 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Digər xəbərlər