Füzuli sakini Bakıda faciəli şəkildə dünyasını dəyişib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Füzuli rayonunun sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 11-də Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən taxta bazarında qeydə alınıb. Hadisə zamanı Yaqub Məlikov özünə məxsus "KamAZ" markalı yük maşınından taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan taxtalar üstünə düşüb. Y.Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38