Füzulidə iki avtomobil toqquşdu, xəsarət alan var

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1990-ci il təvəllüdlü Xanəliyev Süleyman Bəyoğlan oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26