Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Füzuli rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mehdiyev Şəmistan Əliyar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41