Füzulidə əkin sahəsində traktor aşıb, ölən var

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. 

Sentyabrın 21-də saat 18 radələrində Füzuli rayonunun Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36