Bakı. 4 sentyabr. REPORT.AZ/ Füzuli rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 2-də saat 20 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini Sahib Niftəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Mahmudlu kənd sakini Nüsrət Ağayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölüb.