Füzuli rayonunun Şükürbəyli kəndində yol qəzası olub

Füzuli rayonu Şükürbəyli kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti göstərən "Mercedes" markalı avtomobillə "VAZ-21-015" markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki avtomobilin sərnişinləri xəsarət alıb. Yaralılardan biri, "Mercedes"in sərnişini, 1968-ci il təvəllüdlü Kərimova Ziyafət İnqilab qızı əvvəlcə rayon xəstəxanasına, sonra isə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Z.Kərimovaya sol qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14