​Füzuli və İmişli rayonlarında iki ev yanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gecə respublikanın bölgələrində yerli vətəndaşlara məxsus evlərdə yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, quruma daxil olan məlumata görə, Füzuli rayonunun 8-ci qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evdə yanğın olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Digər məlumata görə, İmişlinin Göbəktala kəndində birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində evin 2 otağı yansa da, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41