Firma Hava Nəqliyyatında Baş Gömrük İdarəsini məhkəməyə verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azerbaijan Technologies" firması Azərbaycan Hava Nəqliyyatında Baş Gömrük İdarəsini məhkəməyə verib.

"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən firma inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47