FHN: Qəbələdə yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

FHN-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanğınsöndürmə işlərinə nazirliyin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37