Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib.
"Report" xəbər verir ki, FHN-in Baş Əməliyyat İdarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi yarış zamanı baş verə biləcək yanğınların qarşısının alınması, onların fəsadlarının aradan qaldırılması və xilasetmə işlərinin operativ şəkildə həyata keçirilməsi istiqamətində marşalların bilik, bacarıq və praktiki təcrübələrinin artırılmasıdır.
Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri tərəfindən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İyul ayından başlayan təlimlərin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulur.