FHN: Lənkəranda bəzi çökək ərazilərdəki fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb"

Bakı. 30 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi cənub bölgəsinə yağan leysan yağışların fəsadlarının aradan qaldırılması üçün tədbirlər görüldüyünü açıqlayıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb. 

Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. 

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14