FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb - VİDEO

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

FHN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, nazirliyin nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürən maşınının çayda batması hadisəsi baş verməyib.  

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14