FHN-in "112" qaynar xəttinə daxil olan zənglərin sayı açıqlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan zənglərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini polkovnik-leytenant Əsmər Salamova "112" Çevik Xidmət Mərkəzinə təşkil olunan mediatur zamanı bildirib ki, "112" qaynar xəttinə gün ərzində 6-7 min çağırış zəngi daxil olur.

Onun sözlərinə görə, hər gün nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı, o cümlədən yanğından mühafizə, qəza-xilasetmə, axtarış-xilasetmə, digər xilasetmə tədbirləri ilə əlaqədar, həmçinin nazirliyin səlahiyyətlərinə aid olmayan çoxsaylı zənglər qəbul olunur: "Hər gün təqribən 6-7 min zəng qəbul edilir ki, bu da il ərzində 2 milyondan artıq zəng deməkdir".

Ə.Salamova deyib ki, aparılan təhlillərə görə, qəbul edilən zənglərin təqribən 15-20 faizi əsaslı, 80 faizə qədər zəng əsassız və yalan xarakterli olub.

Digər xəbərlər