FHN: “Fevral ayından başlayaraq əməkdaşların kirayə pulları ödəniləcək”

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının kirayə pullarının verilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

FHN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, fevral ayının əvvəlindən başlayaraq həmin borclar ödəniləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə FHN əməkdaşlarının bir neçə aydır kirayə pullarının verilmədiyi ilə bağlı məlumatlar yayılıb.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38