FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb.

"Report" xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə olacaq küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37