Kəmaləddin Heydərov: "FHN-in 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb"

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 52 əməkdaşı barədə intizam tənbeh tədbiri görülüb. "Report"un məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, 16 əməkdaş xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbiri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib.

K.Heydərovun sözlərinə görə, nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində FHN əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47