Fəhlə hündürlükdən yıxılaraq öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində fəaliyyət göstərən satış obyektlərindən birində qeydə alınıb. 

Belə ki, həmin obyektdə fəhlə işləyən Biləsuvar rayonunun Bəydili kənd sakini, 1987-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mirzəyev hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48