Ermənistan parlament aparatının rəhbərinin keçmiş müavini Arsen Babayan həbs edilib.
"Report" xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, oktyabrın 24-də məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, Arsen Babayan 2018-ci ildə parlament administrasiyası rəhbərinin müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı olarkən bir qrup vəzifəli şəxsə Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəməkdə kömək göstərib. O həmçinin fırıldaqçı xarakterli hərəkətlər də edib.
Məlumata görə, Ermənistan parlamentinin keçmiş spikeri Ara Babloyan hakimiyyətin mənimsənilməsində şübhəli bilinən cinayət işi üzrə məsuliyyətə cəlb edilib.