Əqli qüsurlu qadının qohumları tapılıb

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyənləşib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun Zaqatala rayonunun UzunTala kənd sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaraq qadını onlara təhvil veriblər.

18:15, 11 avqust

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək ona yaxınlaşıblar.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun itkin düşdüyü ehtimal edildiyindən polis şöbəsinə gətirilib.

Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qadın əqli qüsurlu, 50-60 yaş arasındadır.

Görüntüdəki şəxsi, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər xəbərlər