Əmircanda 28 yaşlı gənc özünü bıçaqladı

Bakı sakini özünə bıçaq xəsarəti yetirib.

“Report” xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Qulamov Elnur Elşən oğlu yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41