Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, respublikamızın qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39