Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 
Avqustun 28-də saat 11 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Saatlı şəhər sakini Əfqan Mustafayev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əliağa Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51