Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb - FOTO

Bakı. 2 iyul. REPORT.AZ/ Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Belə ki, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.

Mərhumun meyiti bu gün torpağa tapşırılıb.

Digər xəbərlər