Əhmədlidə yaşlı kişinin vurulması ilə nəticələnən qəza baş verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində ahıl kişini avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Əliyev Arif Yəhya oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47