Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Belə ki, 23 yaşlı Əhmədov Çingiz Vaqif oğluna tanımadığı şəxs tərəfindən qarın boşluğuna 1 bıçaq zərbəsi endirilib.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov