"Əhmədli" metrostansiyası yaxınlığında qadını avtomobil vurub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Hüseynova Şəmsiyyə Ağahüseyn qızını minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə Respublika Neyrocәrrahiyә Xәstәxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47