Əfqanıstanda şaxtada 8 nəfər ölüb

Əfqanıstanın şimalındakı Səməngan vilayətində kömür mədənində 8 nəfər boğularaq ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü baş verib. Şaxtaçılar Dara-i-Sufi Bala kömür yatağında işləyərkən içəriyə zəhərli qaz sızıb. 

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54