Əfqanıstanın paytaxtı Kabil şəhərində - Kabil Universitetinin yaxınlığında bu gün baş vermiş partlayış nəticəsində ölənlərin sayı 8-ə, yaralananların sayı isə 33-ə çatıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
“Taliban” sözçüsü Zəbihullah Mücahid baş verən partlayışdan xəbərsiz olduqlarını bildirib.