Əbülfəz Elçibəyin qardaşı vəfat edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

A.Əliyev bu gün Bakının Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. 

Qeyd edək ki, A.Əliyev 1934-cü ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41