DTX rəisi: “Reket” jurnalistlər vəzifəli insanların uşaqlarının qeyri-qanuni videoçəkilişlərini aparıb, pul tələb ediblər”

Bakı. 12 dekabr. REPORT.AZ/ “Bu qalmaqallı məsələdir. Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Onlar müəyyən vəzifəli adamlardan, vəzifəli insanların uşaqlarından qeyri-qanuni videoçəkilişlər aparıb, pul tələb ediblər. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, məsələyə hüquqi qiymət veriləcək” , - deyə, DTX rəisi vurğulayıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54