​DSMF tibb mərkəzini məhkəməyə verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə Hüquqi şəxslərlə İş Departamenti Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzini məhkəməyə verib.

“Report”un xəbərinə görə, DSMF məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi Bakıda 3 ildir fəaliyyət göstərir.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37