Dövlət Agentliyi bu il 168 yoxlama tədbiri həyata keçirib

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən bu ilin 6 ayı ərzində 168 yoxlama nəzarət tədbiri həyata keçirilib.

"Report" xəbər verir ki, bunu Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, xəstəxanalarda aparılan yoxlamaların 57 faizi özəl, 43 faizi isə dövlət tibb müəssisələrinin payına düşüb: "Bundan başqa, sənaye və elmi tədqiqat müəssisələri üzrə yoxlamaların 86 faizi özəl, 14 faiz isə dövlət müəssisələrini əhatə edib".

Digər xəbərlər